...

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi "Çivininq təqaüdü" proqramının qaliblərini açıqlayıb

Siyasət Materials 8 Avqust 2007 19:02 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova/ Böyük Britaniyanın Azərbaycandakı səfirliyi 2007-2008-ci illər üçün "Çivininq təqaüdü" proqramının qaliblərini açıqlayıb. Mərasim çərşənbə günü Böyük Britaniya səfirliyində baş tutub.

Müsabiqənin yekununa əsasən 5 azərbaycanlı tələbə Londonun aparıcı universitetlərində magistr dərəcəsi alacaq. "Çivininq Təqaüdü" proqramı Britaniya hökuməti tərəfindən maliyyələşdirilir. Proqram 150-dən çox ölkədə həyata keçirilir. 1994-cü ildən Azərbaycanda bu proqram üzrə 54 tələbə təhsil alıb.

Xəbər lenti

Xəbər lenti