...

Azərbaycanın müxalifət partiyalarının ittifaqına yeni partiyalar qəbul olunacaq

Siyasət Materials 9 Avqust 2007 13:05 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir İ.Əlizadə / Demokratiya Uğrunda İttifaqa (DUİ) daha yeddi müxalifət partiyasının qəbulu məsələsinə baxılacaq. Bu barədə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, Demokratiya Uğrunda İttifaqın həmtəsisçisi Mirmahmud Mirəlioğlu məlumat verib.

Mirəlioğlu qeyd edib ki, DUİ-a üzv olmaq üçün müraciət edən partiyalara müsbət cavab veriləcəyi gözlənilir. Lakin o, həmin partiyaların adını açıqlamayıb.

Onun sözlərinə görə, DUİ qarşıdakı dövrdə əsasən Dağlıq Qarabağ problemi ilə əlaqədar tədbirlər keçirəcək.

Bir neçə ay əvvəl yaradılan DUİ-da Klassik Xalq Cəbhəsi, Milli Demokrat və Azadlıq partiyaları təmsil olunurlar.

Xəbər lenti

Xəbər lenti