...

Tacikistan prezidentinin Azərbaycana səfəri zamanı 8 müqavilənin və ikitərəfli əməkdaşlığa dair bir protokolun imzalanması gözlənilir

Siyasət Materials 9 Avqust 2007 18:42 (UTC +04:00)
Tacikistan prezidentinin Azərbaycana səfəri zamanı 8 müqavilənin və ikitərəfli əməkdaşlığa dair bir protokolun imzalanması gözlənilir

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / Cümə axşamı Düşənbədən telefonla Tacikistan XİN-in İnformasiya İdarəsinin rəisi Dövlətəli Nəzriyevin verdiyi məlumata görə, Tacikitan prezidenti İmaməli Rahmonun Azərbaycana avqustun 13-14-də baş tutacaq rəsmi səfəri zamanı ikitərfli əməkdaşlğın inkişafına dair 9 sənədin imzalanması gözlənilir.

Sənəd layihələrinin siyahısına " Elm və texnika sahəsində əməkdaşlığa dair", "İkiqat vergilərdlən yayınma sahəsində əməkdaşlığa dair", "Təhsil sahəsində əməkdaşlığa dair", "İki ölkənin Ədliyyə Nazirlikləri arasında əməkdaşlığa dair", "Statitstika sahəsində əməkdaşlığa dair", "Rabitə sahəsində əməkdaşlığa dair", "Mal və xidmətlərə olan vasitəli vergilərin toplanması prinsipləri barədə hökumətlər arasında əməkdaşlığa dair" müqavilələr daxildir. "Tərəflər həmçinin "Aviasiya rabitəsi sahəsində iki ölkənin aviasiya şirkətləri arasında əməkdaşlığa dair" protokol imzalayacaqlar" - deyə Nəzriyev bildirib.

Tacikistan XiN-in rəsmi nümayəndəsinin verdiyi məlumata görə, səfər zamanı siyasi xarakrerli sənədlərin imzalanması planlaşdırılmır.

""Azərbaycan və Tacikistan arasında dostluq və əməkdaşlığa dair müqavilə" mart ayında Azərbaycan prezidenti İlham Əliyevin Düşənbəyə rəsmi səfəri zamanı imzalanıb" - deyə diplomat bildirib.

Xəbər lenti

Xəbər lenti