...

Hərbi ekspert: "Azərbaycan Rusiyadan silah alınmasından imtina etməli və Qərbə üstunlük verməlidir"

Siyasət Materials 14 Avqust 2007 13:55 (UTC +04:00)
Hərbi ekspert: "Azərbaycan Rusiyadan silah alınmasından imtina etməli və Qərbə üstunlük verməlidir"

Azərbaycan, Bakı / Trend müxbir S.Ağaeva/ Müstəqil hərbi ekspert Ələkbər Məmmədov hesab edir ki, Azərbaycan hələ 90-cı illərin əvvəllərində qəbul olunmuş NATO-nun silahlanmasına keçid strategiyasına əməl etməlidir, əks təqdirdə Rusiydan silah almaqla yenidən bu ölkənin asılılığına düşə bilər. "Vedomosti"nin bu gün verdiyi məlumata görə, Qazaxıstan və Azərbaycan iyul ayında yeni hərbi texnikanın, yəni Rusiyadan 40 mln. dollar dəyərində təxminən 70 yeni BTR-80-nin çatdırıdması ilə bağlı müqavilə imzalayıblar. Azərbaycanın Müdafiə Nazirliyindən Trend ə bildiriblər ki, onlar bu informasiyanı təsdiq edə bilməzlər.

"Azərbaycan öz diplomatiyasını elə qurmalıdır ki, Rusiyanı qıcıqlandırmamaqla və yenidən Rusiyanın təsirinə düşməkdən ehtiyat etməməklə qabaqcıl qərb tədarükçülərindən silah-sursat əldə edə bilsinlər" - deyə ekspert bildirib.

Azərbaycanın tanınmış politoloqu Rasim Musabəyovun fikrincə, yeni texnikanın təyinatı müəyyən olmayınca bu silah alışının məqsədəuyğun olub-olmaması barədə qərar çıxarmaq olmaz. "Ola bilsin ki, o, daxili qoşunlar üçün nəzərdə tutulub" - deyə o bildirib.

BTR-80 modeli 1986-cı ildən istifadə olunur.

Çərşənbə axşamı "Rosoboroneksport"un mətbuat xidmətindən Trend ə verilən məlumata görə isə onlar "Vedomosti"nin məlumatını nə təkzib, nə də təsdiq edə bilərlər.

Xəbər lenti

Xəbər lenti