...

Səfir: Şri-Lanka Azərbaycanın neft sektoruna maraq göstərir

Siyasət Materials 14 Avqust 2007 16:08 (UTC +04:00)
Səfir: Şri-Lanka Azərbaycanın neft sektoruna maraq göstərir

Azərbaycan, Bakı / " müxbir S.Ağayeva/ Şri-Lanka Azərbaycanın neft sektoruna maraq göstərməyə başlayıb. Çərşənbə axşamı Azərbaycanın Hindistanda, eyni zamanda Şri-Lankadakı səfiri Tamerlan Qarayevin Dehlidən telefonla verdiyi məlumata görə, gələcək əməkdaşlıq imkanları avqustun 16 və 18-də Bakıya səfər edəcək Şri-Lanka hökumətinin nümayəndə heyətinin aparacağı danışıqlar zamanı diqqət mərkəzində olacaq.

"Azərbaycan və Şri-Lanka arasında münasibətlər bu yaxınlvarda qurulub və biz hər iki tərəf üçün səmərəli olan sahədə əməkdalıq etməyə çalışmalıyıq" - deyə səfir bildirib.

"Azərbaycan Şri-Lankaya kəşfiyyat, neft hasili sənayesini qaydaya salmaqda kömək edə bilər və mən hesab edirəm ki, Şri-Lanka hökumətinin nümayəndə hekyətinin Bakıya səfəri zamanı belə bir maraq ifadə olunacaq" - deyə diplomat bildirib.

Səfirin sözlərinə görə Şri-Lanka hökumətinin Azərbaycanla əməkdaşlığının inkişafına marağı səfirin bu ölkəyə təyin edilməsindən sonra yaranıb. Etimadnamənin təqdim edilməsi zamanı o ölkənin iqtisadi potensialı barədə məlumat verib.

Tərkibinə Şri-Lanka hökumətinin üç naziri, ixracın inkişafı və beynəlxalq ticarət naziri, professor L.Peiris, neft və neft resursları naziri Fouzi və müəsissələrin və investisiyaların inkişafı naziri M. Viceneradninin daxil olduğu nümayəndə heyətinin səfəri zamanı "çox maraqlı və vacib" görüşlər keçiriləcək.

Səfirin verdiyi məlumata görə, Şri-Lankadan olan hökumət nümayəndələri Azərbaycanın Dövlət Neft şirkətinin prezidenti Rövnəq Abdullayev, sənaye və energetika naziri Natiq Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, iqtitsadi inkişaf naziri Heydər Babayev, AZPROMO-nun rəhbəri Emil Məcidovla görüşəcək. Nümayəndə heyətinin ölkə prezidenti tərəfindən qəbul olunacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti