...

İsrail baş nazirinin müavininin Bakıya səfəri başlayır

Siyasət Materials 16 Avqust 2007 00:10 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ İsrail baş nazirinin müavini, strateji planlaşdırma naziri, "İsrail - bizim ev" partiyasının sədri Aviqdora Libermanın Bakıya səfəri cümə qünü başlayır. Səfərin rəsmi hissəsi Azərbaycanın eks-prezidenti Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanının ziyarəti ilə başlayıb.

Daha sonra o, Azərbayacan Nazirlər Kabinetinin rəhbəri Artur Rasizadə və Xaricdə Yaşayan Azərbaycanlıların işi üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovla görüşəcək.

Avqustun 17-də Liberman Milli Məclisin sədr müavini Valeh Ələsgərov və iqtisadi inkişaf naziri Heydər Babayevlə görüşəcək, İsrail mədəniyyət və informasiya mərkəzinin açılışında iştirak edəcək.Səfər proqramına həmçinin avqustun 18-də Quba rayonun Qırmızı qəsəbəsində Azərbaycandakı yəhudi icması nümayəndələri ilə görüş daxildir.

Xəbər lenti

Xəbər lenti