...

Azərbaycanda qanunsuz dövriyyədən 605 kiloqramdan çox narkotik vasitə çıxarılıb

Siyasət Materials 17 Avqust 2007 16:53 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Bu ilin yeddi ayında ölkədə qanunsuz dövriyyədən 605 kiloqramdan çox narkotik vasitə çıxarılıb. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından cümə günü Trend ə bildirilib ki, hesabat dövründə ölkədə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 1627 cinayət qeydə alınıb. Cinayətlərin 962-si narkotiklərin saxlanması, 584-ü satışı, 81-i isə əkini ilə bağlıdır. Qanunsuz dövriyyədən çıxarılan narkotiklərin əsas hissəsini-424 kq-ya yaxını həşiş olub. Həmçinin 7 ayda 85 kq marixuana, 59 kq tiryək, 38 kq heroin, 500 qram sirkə anhidridi, 500 qr xaş-xaş qanunsuz dövriyyədən çıxarılıb.

Rəsmi məlumata görə, ölkədə 18 minə yaxın narkoman qeydiyyatdadır.

Mütəxəssislər narkomanların sayının əslində bundan bir neçə dəfə çox olduğunu bildirir.

Ötən ay 2007-2012-ci illəri əhatə edən Narkomanlığın yayılması və narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Ümummilli Dövlət Proqramı qəbul edilib. Birinci proqram isə 2000-2006-cı illəri əhatə edirdi.

Xəbər lenti

Xəbər lenti