...

Gənclər təşkilatı Bakının küçələrində yol hərəkəti qaydalarına dair aksiyalar keçirəcək

Siyasət Materials 20 Avqust 2007 14:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ "Dalğa" Gənclər Hərəkatı piyadaların yol hərəkəti, nəqliyyat qaydalarına dair maarifləndirilməsi məqsədilə Bakı şəhərində aksiyalar keçirəcək. Bu barədə Trend ə təşkilatın sədri Ülvi Həsənli məlumat verib.

Onun sözlərinə görə, "Dalğa" Gənclər Hərəkatı yaxın dövr üçün bir neçə tədbirlər planı hazırlayıb. Təşkilat bir neçə məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edəcək. Müraciətdə nazirlikdə fəaliyyət göstərən "qaynar xətt"ə gənclər təşkilatı üzvlərinin yenidən nəzarət etməsi xahiş olunacaq. Bu il iyunun 22-dən iyulun 22-dək Təhsil Nazirliyinin "qaynar xətt"i "Dalğa"nın könüllülərinin ixtiyarına verilmişdi.

Gənclər təşkilatı həmçinin Azərbaycanın ali məktəblərində təhsil haqqının aşağı salınması üçün Tarif Şurasında məsələ qaldırılmasını zəruri sayır. Təhsil Nazirliyinə ünvanlanacaq müraciətdə bu barədə də təkliflər veriləcək.

Gənclər hərəkatı yeni dərs ili başlanan gün - sentyabrın 15-də bütün ali məktəblərin qarşısında tələbələrə maarifləndirici vərəqələr paylayacaq. Vərəqələrdə tələbələrin hüquqlarına dair beynəlxalq konvensiyalardan, Konstitusiyadan çıxarışlar, Təhsil Nazirliyinin və "Dalğa" hərəkatının "qaynar xətt" nömrələri göstəriləcək.

Təşkilat fəalları həmçinin yaxın zamanda Bakının küçələrində işıqforların, küçə keçidlərinin yanında aksiyalar təşkil edərək əhaliyə yol hərəkəti qaydaları barədə məlumatlar verəcək.

Həsənlinin sözlərinə görə, bu aksiyalar davamlı olacaq.

Xəbər lenti

Xəbər lenti