...

Nazir: Bakıda Qəbələ RLS-nin statusu ilə bağlı üçtərəfli danışıqlar aparılacaq

Siyasət Materials 22 Avqust 2007 09:28 (UTC +04:00)
Nazir: Bakıda Qəbələ RLS-nin statusu ilə bağlı üçtərəfli danışıqlar aparılacaq

Azərbyacan, Bakı, / Trend , müxbir A.İsmayılova/ Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarovun jurnalistlərə verdiyi məlumata görə, sentyabrın əvvəlində Bakıda Azərbaycan, Rusiya və ABŞ arasında Qəbələ RLS-nin statusu ilə bağlı üçtərəfli danışıqlar aparılacaq.

Onun sözlərinə görə, hər üç tərəfin atmalı olacağı addımları müəyyənləşdirmək məqsədilə detallar müzakirə olunacaq.

Rusiya prezidenti Vladimir Putin öz amerikalı həmkarı Corc Buşla "Böyük Səkkizliyin" Almaniyada keçirlən görüşü çərçivəsində apardığı danışıqlar zamanı raket əleyhinə müdafiə sistemi təşəbbüsü ilə çıxış edib. Putin ABŞ-a Qəbələ RLS-i ilə yanaşı digər müdafiə sistemlərindən də birgə istifadə eitməyi təklif edib.

Xəbər lenti

Xəbər lenti