...

Prezident Mahmud Əhmədinejad: "İranla Azərbaycan bölgədə təhülkəsizliyin inkişafına dair əməkdaşlıq edirlər"

Siyasət Materials 22 Avqust 2007 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Azərbaycanla İranın əməkdaşlığı bölgədəki sülh, sabitlik və təhlükəsizliyin bərqərar olmasına yönəlib. Bunu çərşənbə günü Bakıdakı mətbuat konfransında İran prezidenti Mahmud Əhmədinejad deyib.

"Azərbaycanın inkişafı, təhlükəsizliyi və sabitliyi - İranın özünün inkişafı, təhlükəsizliyi və sabitliyidir" - deyə o vurğulayıb.

İran prezidenti həmçinin ümidvar olduğunu bildirib ki, iki ölkə arasındakı əməkdaşlıq gələcəkdə də bölgədəki təhlükəsizliyin inkişafına xidmət edəcək.

Azərbaycan və İran arasında siyasi, iqtisadi və humanitar əlaqələrin yüksək səviyyədə olduğunu deyən Əhmədinejadın sözlərinə görə, iki ölkə beynəlxalq qurumlarda bir-birini aktiv şəkildə dəstəkləyirlər.

İran prezidenti həmçinin Azərbaycana rəsmi səfəri çərçivəsində energetika və nəqliyyat sahələrindəki ikitərəfli əməkdaşlığın inkişafına, habelə qarşılıqlı investisiyalarla bağlı aparılan danışıqların uğuruna ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti