...

Prezident: Azərbaycan istənilən an Ermənistan tərəfindən işğal olunan torpaqları azad etməyə hazırdır

Siyasət Materials 23 Avqust 2007 17:50 (UTC +04:00)
Prezident: Azərbaycan istənilən an Ermənistan tərəfindən işğal olunan torpaqları azad etməyə hazırdır

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ "Azərbaycan ordusu günü-gündən möhkəmlənir və Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan torpaqları azad etməyə hazırdır" - deyə Azərbaycan prezidenti İlham Əliyev Hacıqabul rayonunda ictimaiyyət qarşısında çıxışı zamanı bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1998-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabaq ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə nail olmuş və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi və Rusiya, Fransa, ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

"Biz ordunun döyüş qabiliyyətini artırmaq məqsədilə tədbirlər görürük" - deyə prezident Əliyev bildirib. Prezidentin sözlərinə görə, Azərbaycanda müdafiə sahəsində xərclər artmaqdadır və hazırda ölkənin hərbi büdcəsi ümumilikdə Ermənistan büdcəsinə bərabərdir.

"Bu gün kiminsə Azərbaycana hücüm edəcəyini təsəvvür etmək mümkün deyil" - deyə Əliyev bildirib. Dövlət başçısı bir daha Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə can atan Azərbaycanın mövqeyini nəzərə çatdırıb.

Hacıqabul Bakıdan 113 km məsafədə yerləşir. Rayonun əhalisi 63 min nəfər təşkil edir.

Prezident rayona gəlişindən az sonra Uşaq Tibb Mərkəzinin özülünün qoyulması mərasimində iştirak edib. Rayonun 63 minlik əhalisinin 23 minini uşaqlar təşkil edir.

Layihəyə əsasən, mərkəz bu regionda analoqu olmayan və müasir avadanlıqla təchiz olunmuş tibb mərkəz olacaq. Mərkəziin bir il ərzində tikilməsi planlaşdırılır.

Hacıqabul rayonuna gəlməzdən əvvəl dövlət başçısı Neftçala rayonunda olub və bir sıra sosial obyektlərə baş çəkib. Hacıqabul rayonundan sonra prezident Ələtə yola düşməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti