...

Gürcüstan XİN rəhbəri: "Biz Azərbaycanı Acarıstanın kurort imkanları ilə maraqlandırmaq niyyətindəyik"

Siyasət Materials 27 Avqust 2007 14:32 (UTC +04:00)
Gürcüstan XİN rəhbəri: "Biz Azərbaycanı Acarıstanın kurort imkanları ilə maraqlandırmaq niyyətindəyik"

Gürcüstan, Tbilisi/ Trend , müxbir N.Kirtsxalia/ Gürcüstan Azərbaycanı öz turizm imkanları ilə maraqlandırmaq niyyətindədir. Bu barədə jurnalistlərə Batumidə azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşü öncəsi Gürcüstan xarici siyasət idarəsinin rəhbəri Qela Bejuaşvili bildirib.

Azərbaycan xarici işlər naziri Məmmədyarov avqustun 26-27-də Batumidə işgüzar səfərdə olub. "Bu səfər Azərbaycan tərəfinə Gürcüstanın Qara dəniz regionunun turizm və investisya imkanları ilə yaxından tanış olmağa imkan verir" - deyə Bejuaşvili söyləyib. Onun sözlərinə görə, dünən Məmmədyarov Acarıstanın bütün diqqətəlayiq yerlərinə baxıb. Gürcüstan tərəfi qonşu ölkələrin hesabına turistlərin sayının artmasına nail olmaq niyyətindədir. Acarıstana artıq Ermənistan, Ukrayna və Qazaxıstan sakinləri məmnuniyyətlə gəlirlər. Turizm departamenti bildirib ki, Azərbaycandan turist axınının artmasına nail olmaq lazımdır. Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin sentyabr ayında keçiriləcək BMT Baş Assambleyasının 62-ci sessiyasında dondurulmuş münaqişələrin müzakirəsi üçün gələcək birgə fəaliyyəti razılaşdıracağı gözlənilir. Bu barədə bazar ertəsi brifinqdə Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim bildirib.

İbrahimin sözlərinə görə, səfər zamanı Azərbaycan XİN rəhbəri Gürcüstanın azərbaycanlı icması ilə görüşüb.

Xəbər lenti

Xəbər lenti