...

BAXCP hökumətin palamentə seçilmiş partiyalar tərəfindən formalaşdırılmasını təklif edir

Siyasət Materials 27 Avqust 2007 19:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) hökumətin palament seçkilərində qalib gəlmiş partiya və ya partiyalar bloku tərəfindən formalaşdırılmasını təklif edir. Bu barədə partiyanın hazırladığı Konstitusiyaya əlavə və dəyişikliklər layihəsində bildirilir.

Azərbaycanın qüvvədə olan əsas qanuna görə, yalnız nümayəndəsi prezident seçilmiş siyasi partiya hökumət formalaşdıra bilər.

BAXCP hesab edir ki, hökumət üzvləri barədə qərar parlament seçkilərində qalib gəlmiş partiya və ya partiyalar bloku tərəfindən verilməlidir. Milli Məclisinin deputatlarının sayı isə 125-dən 150-yə artırılmalıdır. Həmçinin təklif olunur ki, parlament seçkiləri 2010-cu ildə qarışıq (75 nəfər proporsional, 75 - majoritar), 2015-ci ildən isə tamamilə proporsional sistemlə keçirilsin. Hökumət prezident və parlament qarşısında cavabdeh olmalıdır.

BAXCP-nin təklifinə görə, Milli Məclisinin deputatları sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilməlidir. Milli Məclis 101 deputatın səlahiyyətləri təsdiq olunduqda səlahiyyətli olmalı,parlamentin növbədənkənar sessiyaları prezidentin və ya Milli Məclisinin 51 deputatının tələbi ilə çağırılmalıdır.

Milli Məclis sədrinin müavinləri, komissiya sədrləri və müavinləri, Hesablama Palatasının üzvləri seçilərkən Milli Məclisdəki müxalifətçi deputatların təmsilçiliyi nəzərə alınmalıdır. BAXCP deputat fraksiyası yaradılması üçün mütləq olan deputat sayını 10 nəfərə qədər azaldılmasını labüd sayır. Milli Məclis prezidentin təqdimatına əsasən, Baş naziri və Nazirlər Kabinetinin üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir.

Yeni seçilmiş prezident Nazirlər Kabinetinin fəaliyyətini qeyri qənaətbəxş sayarsa onun istefası barədə Milli Məclisə təqdimat verə bilər. Nazirlər Kabineti Milli Məclisə növbəti seçkilərin nəticələri elan olunduqdan sonra prezidentə istefa ərizəsi ilə müraciət edir.

Xəbər lenti

Xəbər lenti