...

Azərbaycan XİN başçısı Xorvatiyaya səfər edəcək

Siyasət Materials 29 Avqust 2007 13:16 (UTC +04:00)
Azərbaycan XİN başçısı Xorvatiyaya səfər edəcək

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Sentyabrın əvvəlində Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov Xorvatiyaya ilk rəsmi səfər edəcək. Bu barədə jurnalistlərə çərşənbə günü XİN-in dövlət protokol idarəsinin rəisi Pərvin Mirzəzadə məlumat verib.

Onun sözlərinə görə, nazirin səfəri iki gün davam edəcək. Lakin o, dəqiq tarixi açıqlamayıb. Məmmədyarov Xorvatiya rəhbərliyi ilə ikitərəfli əməkdaşlıqla bağlı məsələləri müzakirə edəcək.

XİN nümayəndəsi bildirib ki, səfərin gündəliyi dəqiqləşdirilir.

Xəbər lenti

Xəbər lenti