...

"Mütəfərkir" şirkətinin tikdiyi daha bir binanın konstruksiyasında nöqsanlar aşkar olunub

Siyasət Materials 30 Avqust 2007 18:27 (UTC +04:00)
"Mütəfərkir" şirkətinin tikdiyi daha bir binanın konstruksiyasında nöqsanlar aşkar olunub

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ "Mütəfəkkir" şirkətinin tikdiyi daha bir binanın konstruksiyasında nöqsanlar müəttən olunub. Bu barədə Trend ə bu binanın ekspertizasını aparan ekspert qrupunun üzvləri məlumat verib. Mənbə anonimliyin qorunmasını xahiş edib.

Söhbət uçan binadan sol tərəfdə Murtuza Muxtarov küçəsində yerləşən 16 mərtəbəli, üç bloklu binadan gedir.

Uçan binadan sağ tərəfdə Naxçıvani küçəsində yerləşən daha bir 16 mərtəbəli, iki bloklu binanın ekspertizası aparılır. Yasamal rayon icra hakimiyyəti başçısının müavini İslam Sadıqov bu binanın "Afina" şirkəti tərəfindən tikildiyini bildirib. Binanın sakinləri evakuasiya olunub.

Sadıqovun sözlərinə görə, "Mütəfəkkir" şirkətinin tikdiyi ikinci bina Azərbaycan Dövlət Neft Akademiyasının yaxınlığında yerləşir. Bu bina1988-ci ildə tikilib və onun konstruksiyasını yoxlamağa ehtiyac yoxdu. Bunu icra hakimiyyətinin nümayəndəsi söyləyib.

Avqustun 28-də, çərşənbə axşamı Naxçıvani və Muxtarov küçələrinin kəsişməsində "Mütəfəkkir" şirkətinin tikdiyi 16 mərtəbəli bina uçub. İlkin versiyalara görə, binanın uçmasının səbəbi tikinti zamanı texniki təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması olub. Rəsmi məlumatlara görə tikintinin qalıqları altından çıxarılan həlak olan insanların sayı 13 nəfərdir.

Xəbər lenti

Xəbər lenti