...

İranlı politoloq: "MAQATE-nin İranın nüvə proqramlarına müsbət yanaşması İrana qarşı etirazları səngitməyəcək".

Siyasət Materials 31 Avqust 2007 19:56 (UTC +04:00)
İranlı politoloq: "MAQATE-nin İranın nüvə proqramlarına müsbət yanaşması İrana qarşı etirazları səngitməyəcək".

Azərbaycan, Bakı / Trend, müxbir D.Xatinoğlu/ Fransa, ABŞ və İngiltərə MAQATE-nin sədri Məhəmməd əl-Bəradeyinin İran nüvə proqramları barədə müsbət yanaşmasına qarşı etiraz edib , sərt sanksiyaların tətbiqini istəyiblər." Nəinki ABŞ, Britaniya və Fransa, eləcə də Rusya və Almanya əl-Bəradeyinin məruzə təqdim etdiyi iclasda iştirakdan imtina ediblər"- deyə, Fransada fəaliyyət göstərən "Assossation of İranian researchers"-ın sədri, iranlı politoloq Hüseyn Lacəvərdi (Hossein Lajavardi) bildirib.

Cumə axşamı Məhəmməd əl-Bəradeyi MAQATE-İran arasında olan müzakirələrin nəticəsi ilə baglı 9 səhifəlik bir məruzə təqdim edərək, İranın Platiniumdan şübhəli istifadəsini aradan qaldırdığını, habelə, Uranın zənginləşdirilməsi prosesini ləngitdtyini qeyd edib. Məruzədəşəmçinin, İranın sülh yönlü nüvə proqramlarına böyük inam ifadə olunur.

İranlı politoloq Lacəvərdi cümə günü Londondan Trend ə bildirib ki, Amerikanın və Avropa Birliyinin əl-Bəradeyinin güzəştli məruzəsinə reaksiyasının səbəbləri var. Əvvəla, İranın xarici siyasətini və nüvə proqramlarını bir-birindən ayrı təsəvvür etmək qeyri-mümkündür. Buna görə də Almaniya, ABŞ, Fransa və Britaniya MAQATE-nin məruzəsinə sərt reaksiya göstəriblər.

"Əl-Bəradeyi belə əminliklə iddia edə bilməz ki, bütün problemlər həll olunub və

İranın nüvə proqramları təhlükəsizdir.Problemlərin heç biri həll olunmayıb və bir çox suallar hələ də cavabsız qalır"- deyə, iranlı politoloq bildirib.

Lacəvərdi bildirib:"Məncə, İran yenə də BMT Təhlükəsizlik Şurasının təzyiqi ilə üzləşəcək və repressiyalara məruz qalacaq. Çunki İran 1-ci və 2-ci Qətnamələrin maddələrinə etinasız yanaşaraq, uranın zənginləşdirməsini davam etdirir. Bundan əlavə,məncə, İranın Orta Şərqdə terrorizmin genişləndirilməsi cəhdlərini dünya qəbul etməyəcək. İran hazırda Fələstin, Livan, İraq və Əfqanıstanda terrorçu qüvvələrə yardım etməkdə suçlanır".

İranın taleyi Fələstin, Livan, İraq və Əfqanıstanda yürütdüyü siyasətlə bağlıdır, bu məsələ isə, İranın nüvə silahı ilə silahlanmasını zəruri edir. Hər şey sentyabrda keçiriləcək BMT Təhlükəsizlik Şurasının İranla bağlı qərarından asılıdır"- deyə, iranlı politoloq Lacəvərdi bildirib.

İranlı politoloq İsa Səhərxiz (İsa Saharkniz) cümə günü Tehrandan telefonla Trend ə bildirib ki, MAQATE-nin İranın nüvə proqramına dair məruzəsi, İranın neçə illik nüvə fəaliyyətinin sülhməramlı mahiyyətini bəyan edir. İrana tətbiq olunan hər iki Qətnamə İranın nüvə proqramlarının dayandırılmasını tələb edir.

"Əl-Bəradeyinin məruzəsində həmçinin bildirilir ki, İranın nüvə proqramlarının inkişaf sürəti azalsa da, hələlik, tam dayandırılmayıb. ABŞ və Avropanın bəzi ölkələrinin narazılığı isə bununla bağlıdır"- deyə, iranlı politoloq bildirib.

O, bildirib ki, İranın müttəfiqi hesab olunan rəsmi Fransa bütünlüklə ABŞ-a meyllidir. Habelə, Rusiya və Çin də hökümətləri İrandan daha çox Avropa və ABŞ-ın siyasətini dəstəkləyir. Beləliklə, İranın müttəfiqləri İranı yarıyolda buraxdılar.

O, bildirib ki, Rusiya mənafeyinə görə əsasən həmişə təxminən tərəfsiz mövqe tutaraq, hər iki tərəfdən imtiyaz almağa çalışıb.

"Təcrübə göstərir ki, Rusiya həmişə son dəqiqədə İranın arxasından çəkilib və ABŞ-a meylli olub. Çin və Rusiya İranın nüvə proqramlarına qarşı həmişə bir azca yumşaq davranıblar, bununla da İrandan imtiyaz alıblar. Ancaq heç vaxt veto hüququndan İranın mənafeyinə uyğun istifadə etməyiblər. Hətta bu ölkələrin rəsmiləri də İran qarşısında öhdəlikləridən boyun qaçırırlar. Beləliklə, onların əl-Bəradeyinin İranla bağlı müsbət fikirlərinin əleyhinə olmaqları heç də təəccüb doğurmur", - deyə Səhərxiz bildirib.

Xəbər lenti

Xəbər lenti