...

XİN rəhbəri: " Erməni-Azərbaycan münaqişəsinin həlli "Praqa prosesi" çərçivəsində həyata keçirilməlidir"

Siyasət Materials 4 Sentyabr 2007 16:25 (UTC +04:00)
XİN rəhbəri: " Erməni-Azərbaycan münaqişəsinin həlli "Praqa prosesi" çərçivəsində həyata keçirilməlidir"

Belçika, Brüssel / Trend , muxbir A. Məhərrəmli/ Brüsseldə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Trend ə bildirdiyinə görə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları "Praqa prosesi" çərçivəsində aparılmalıdır.

Ermənistan-Azərbaycan probleminin sülh yolu ilə həlli son illər münaqişənin mərhələli həllini nəzərdə tutan "Praqa prosesi" çərçivəsində aparılır. Detallar razılaşdırılmadığından, bu günə qədər planın mahiyyəti müəyyən olunmayıb.

Nazirin sözlərinə görə, bazar ertəsi Brüsseldə ATƏT-in Minsk qrupunun fransalı vıə rusiyalı həmsədrləri ilə danışıqlar prosesi müzakirə olunub, müzakirə olunan məsələlərdən biri də sentyabrın ortalarında vasitəçilərin münaqişə regionuna səfəri olub. "Səfər zamanı birgə müzakirələr aparılacaq. İrəliləyişlər barədə danışmaq tezdir, bu barədə yalnız görüşdən sonra danışmaq olar". Məmmədyarov belə hesab edir.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün tarixi, hələ ki, müəyyən olunmayıb. Görüşün təşkili təşəbbüsünü həmsədrlər irəli sürməlidirlər. "Bizim hər hansı bir imkanın olmasını hiss etdiyimiz tədqirdə görüşü keçirmək mümkündür. Ümumilikdə, diplomatiyada bütün imkanlar, bütün məqamlardan istifadə etmək lazımdır" - deyə Məmmədyarov bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1992-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i , yəni Dağlıq Qarabağ ərazisi və bu ərazinin 7 rayonu Ermənistan Silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə nail olmuş və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi və Rusiya, Fransa, ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır

Xəbər lenti

Xəbər lenti