...

Altı AMİP-çi sərbəst buraxılıb, beşi bölmədə saxlanılır

Siyasət Materials 7 Sentyabr 2007 14:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Nazirlər Kabineti qarşısında piket keçirməyə cəhd göstərən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) saxlanılan üzvlərindən 6 nəfəri "Ulduz" metrosu yaxınlığında sərbəst buraxıblar. Bu barədə Trend ə AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov məlumat verib.

Partiya fəalları bu gün - sentyabrın 7-də Nazirlər Kabineti qarşısında piket keçirməyə cəhd göstərsələr də, polislər AMİP-çiləri binanın qarşısındakı parkdan geri qaytarıblar. Beş nəfər AMİP-çini polis maşınına mindirərək Səbail rayonu polis idarəsinin 9-cu polis bölməsinə aparıblar.

Nazirlər Kabinetinin qarşısına digər küçə ilə gələn daha altı nəfər AMİP-çini də polislər yolda saxlayıblar. Lakin onları polis maşınında şəhərin kənar hissəsində - metronun "Ulduz" stansiyası yaxınlığında buraxıblar.

Orucov da daxil olmaqla qalan beş nəfər hələ də 9-cu polis bölməsində saxlanılırlar.

Xəbər lenti

Xəbər lenti