...

Azərbaycanın müxalifətyönlü partiyasının sədri azadlığa buraxılıb

Siyasət Materials 10 Sentyabr 2007 12:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə /Müxalifətyönlü Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Valeh İbadov azadlığa buraxılıb. Bu barədə bazar ertəsi Bakıda İbadovun Hüquqlarını Müdafiə Komitəsinin sədri, Azad Azərbaycan Partiyasının rəhbəri Həsən Həsənov məlumat verib.

İbadov 1998-ci ildə Biləsuvar rayonunda kiçik bizneslə məşğul olan zaman MKT şirkətinə olan borcunu qaytarmadığına görə 2007-ci il avqustun 6-da həbs olunmuşdu. Onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilmişdi və 1 saylı Bayıl İstintiq Təcridxanasında saxlanılırdı.

Həsənov ALDP sədrinin MKT şirkətinə olan borcunun müəyyən hissəsinin ödənildiyi səbəbindən azadlığa buraxıldığını bildirib. O, İbadovun Hüquqlarını Müdafiə Komitəsinin fəaliyyətinə xitam verdiklərini söyləyib.

ALDP 1999-cu ildə yaradılıb. Partiya "Bizim Azərbaycan" blokunun üzvüdür.

Xəbər lenti

Xəbər lenti