...

Qafqaz müsəlmanlarının dini lideri İordaniyanın ali ordeni ilə mükafatlandırılıb

Siyasət Materials 10 Sentyabr 2007 18:24 (UTC +04:00)
Qafqaz müsəlmanlarının dini lideri İordaniyanın ali ordeni ilə mükafatlandırılıb

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə İordaniyanın ən ali mükafatı - birinci dərəcəli "Kral Hüseyn" ordeni ilə mükafatlandırılıb.

Orden İordaniya Kral Akademiyasının həqiqi üzvü olan şeyxülislama Əmmanda keçirilən beynəlxalq Konfrans çərçivəsində, şahzadə Əmir Qazi bin Mühəmməd tərəfindən təqdim olunub.

İordaniyaya səfər çərçivəsində Qafqaz müsəlmanlarının dini lideri kral II Abdulla ilə görüşüb.

"İordaniya kralı növbəti dəfə öz ölkəsinin Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu təsdiq edib" - deyə bazar ertəsi şeyxülislam səfərin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

Xəbər lenti

Xəbər lenti