...

Azərbaycan Silahlı Qüvvələrinin Mühafizə Briqadasının komandir müavininin işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib

Cəmiyyət Materials 14 Sentyabr 2007 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K. Zərbalıyeva / Azərbaycan Silahlı Qüvvələrinin Mühafizə Briqadasının komandir müavini Rasim Muradovun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Cümə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədən Trend ə bildirilib ki, hakim İsgəndər Hacıyevin sədrliyi ilə keçirilən iclasda məhkəmə baxışı sentyabrın 27-nə təyin olunub.

Muradova qarşı rüşvət alma və vəzifədən sui-istifadə ilə bağlı ittihamlar üzrə sübut tapılmadığı üçün bu ittihamlar onun üzərindən götürülüb. Polkovnikə qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham elan olunub.

Muradov iyulun 24-də həbs olunub. Barəsində mart ayında Mühafizə Briqadasının komandiri, polkovnik Mirzəli Yusifov tərəfindən cinayət işi açılıb.

Muradovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Ələkbər Məmmədov bildirib ki, Muradov Mühafizə Briqadasında baş vermiş qanun pozuntuları barədə ictimaiyyətə məlumat verdiyi üçün ona qarşı təzyiqlər başlanılıb və saxta ittihamlarla həbs olunub.

.

Xəbər lenti

Xəbər lenti