...

"Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin həbsdə olan baş redaktorunun barəsindəki cinayət işi məhkəməyə göndərilib

Cəmiyyət Materials 15 Sentyabr 2007 11:31 (UTC +04:00)

Azərbaysan, Bakı / Trend , müxbir K. Zərbalıyeva / "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin həbsdə olan baş redaktorunun barəsindəki cinayət işi məhkəməyə göndərilib. Trend in məlumatına görə, bu barədə baş redaktor Eynulla Fətullayevin vəkili İsaxan Aşurov məlumat verib. Cinayət işinə Ağır Cinayətlərə Dair işlər üzrə Məhkəmədə baxılacaq.

Məhkəmədən Trend ə bildirilib ki, iş məhkəməyə yeni daxil olduğundan hələlik icraata verilməyib.

Fətullayevə qarşı terrorçuluqla hədələmə, həmçinin, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyi qızışdırma və vergidən yayınma maddələri ilə ittiham irəli sürülüb.

"Qarabağ gündəliyi" adlı məqaləsində Xocalıları təhqir etməkdə ittiham olunan Fətullayev aprelin 20-də Qaçqın və Köçkünlərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Tatyana Çaladzenin xüsusi ittiham qaydasında iddiası əsasında Bakının Yasamal rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Baş redaktor məqalədə öz adından heç bir fikir vermədiyini və  dərc edilən fikirlərin onun müsahiblərinə məxsus olduğunu deyib.

Aprelin 20-də Fətullayev Bayıldakı 1 saylı İstintaq Təcridxanasından Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasına köçürülüb.

Mayın 16-da MTN Cinayət Məcəllsinin 214.1-ci (terororçuluqla hədələmə) maddəsi ilə cinayət işi açıb. Sonradan ona Cinayət Məcəllsinin 283.2.2-ci (qulluq möveyindən istifadə etməklə milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması) maddələri ilə də ittiham elan olunub və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Hazırda Azərbaycanda 7 jurnalist həbsdədir.

Xəbər lenti

Xəbər lenti