Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Sidney Olimpiya çempionu Namiq Abdullayev ( 55 kq) Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən güləş üzrə dünya çempionatında medal qazanmaq şansından məhrum olub.
Xalça sahibi elə birinci döyüşdə avstraliyalı Şeyno Parker üzərində inamlı qələbə qazanıb. Lakin növbəti görüşdə şimali koreyalı Konq İl Yanqa təslim olub. Namiqin rəqibi isə artıq növbəti görüşdə məğlub olub. Bununla da, Azərbaycan pəhləvanı təsəlliverici döyüşdə bürünc medal uğrunda mübarizə şanslarını itirib. Eyni aqibət Namiq Sevdimovun ( 60 kq) da başına gəlib. O, Makedoniyanı təmsil edən Murat Ramazanova məğlub olub.
Eyni zamanda yunan-roma güləşçimiz Anton Botyev ( 120 kq) uğursuz çıxış edərək birinci döyüşündə kubalı Miqel Lopesə məğlub olub.