...

Müğənni Eyyub Yaqubov: "Mən psixoloqa müraciət etməliyəm"

Cəmiyyət Materials 26 Sentyabr 2007 11:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr /müx. "TrendLife" Əli Dərviş/ Utancaq müğənni Eyyub Yaqubov sən demə, qalstuq bağlamağa utanır. Görün o, bununla bağlı "TrendLife"a nələr söylədi: "Mən qalstuq bağlamağı sevmirəm. Bəlkə də bu məndə kompleksdir, deyə bilmərəm. Güzgünün önündə bir neçə dəfə onu bağlamağa çalışmışam, lakin xeyri yoxdur. Yəqin ki, psixoloqa müraciət etməliyəm. Sözün düzü, qorxuram məni düz başa düşməzlər. Hər dəfə qalstuq bağlayanda, mənə elə gəlir ki, hansısa cin, şeytan boğur məni. Məhz buna görə də qalstuqlarım neçə illərdir şkafımda asılıb-qalıb".

Xəbər lenti

Xəbər lenti