Azərbaycan, Bakı, 26 sentyabr /müx. "TrendLife" Eldar Hüseynzadə/ Bu gün Fəxri Xiyabanda görkəmli müğənni Bülbülün vəfatının ildönümünə həsr ediləcək tədbir keçiriləcək. Bu haqda "TrendLife"a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat-katibi İntiqam Hümbətov xəbər verib. Tədbir saat 18:30-da başlayacaq. Tədbirdə Bülbülün oğlu Polad Bülbüloğlu, həmçinin bir çox incəsənət xadimləri iştirak edəcəklər. Onu da qeyd edək ki, bu il prezident İlham Əliyevin xüsusi göstərişi ilə Bülbülün 110 illik yubileyi qeyd olunacaq.