gürcüstan, Tiflis / Trend , müxbir N..Kirtsxaliya/ Cənubi Qafqaz ölkələrinin dördüncü media-konfransı oktyabrın 11 və12-də Tbilisinin "Kortiard Merriott" mehmanxanasında keçiriləcək. Bu barədə çərşənbə günü ATƏT-in Gürcüstandakı ofisindən məlumat verilib.
Konfrans medianın özününizamlama məsələlərinə həsr olunacaq. Orada KİV nümayəndələri və Gürcüstan, Azərbaycan, Ermənistan, həmçinin, Mərkəzi və Şərqi Avropadan olan media ekspertləri iştirak edəcəklər.
Konfransın təşkilatçısı ATƏT-in kütləvi informasiya vasitələrinin azadlıq məsələləri üzrə nümayəndəliyidir.