...

Azərbaycan cüdoçusu Elçin İsmayılov Dünya Superkubokunun dördə bir finalına vəsiqə qazanıb

Cəmiyyət Materials 28 Sentyabr 2007 17:43 (UTC +04:00)

Hollandiya, Rotterdam / Trend , müxbir Z.Səfərov/ Azərbaycan cüdoçusu Elçin İsmayılov ( 66 kq) Rotterdamda keçirilən Dünya Superkubokunun dörddə bir finalına vəsiqə qazanıb.

Trend in verdiyi məlumata görə, fransız Sebastyan Berşelo üzərində start qələbəsindən sonra üçqat Avropa çempionu çexiyalı İrji Vanekə qalib gəlib. İndi dörddə bir finalda Elçin Yunanıstandan olan rəqibi Revazi Zintiridislə görüşəcək. Kifayət Qasımova ( 57 kq) və Ramil Qasımov ( 66 kq) bürünc medal uğrunda mübarizə aparmaq şanslarını itirməyiblər. Ramil Qasımovu məğlub edən Alim Qadanov turnirdə çıxışını davam etdirir, Kifayəti məğlub edən İvon Benix isə, artıq yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, Rotterdamda uğurlu çıxış etdikləri təqdirdə, cüdoçular lisenziya balı qazanır və Olimpiadaya düşmək şanslarını artırırlar.

Xəbər lenti

Xəbər lenti