...

Nadir Qafarzadə: "Mən qürurlu oğlanam"

Cəmiyyət Materials 29 Sentyabr 2007 10:58 (UTC +04:00)
Nadir Qafarzadə: "Mən qürurlu oğlanam"

Azərbaycan, Bakı, 29 sentyabr /müx. TrendLife Şahin Cavadsoy/

Bir çoxlarının iddiasına görə, müğənni Nadir Qafarzadə yalnız maqazin verilişlərində həmkarlarıyla etdiyi qalmaqallarla gündəmdə qalır. Bəs görəsən, müğənninin bu iddiada bulunanlara cavabı necədir? TrendLife-a danışan N.Qafarzadə, qalmaqallı müğənni olduğunu deməsə də, "nömrə bir özüməm" şüarıyla qismən razılaşdığını boynuna aldı:"Əsla ucuz reklamın köləsi olmamışam. Bu ampluadan çıxış etməyə heç ehtiyacım da yoxdur. Nadir Qafarzadə çox böyük "tikə"dir, boğazlardan keçmirəm. Çox vaxt kimlərsə məni qəbul etməsələr də, onların marağından, kimlərəsə təsir edə bilirəm. Bu da o demək deyil ki, varam. Özümdən razı da deyiləm. Sadəcə, dediyim balaca bir söz böyüyür. Demirəm ki, birirnciyəm və ya ikinciyəm. Laikn bu günkü şou-biznesdəyəm. Bundan sonra Nadir Qafarzadəni itirmək, batırmaq mümkün deyil. Həm də məni Allahım sevir. Bunu çox hiss edirəm".

"Nömrəbirliyin", "Ulduzluğun" başının altına yastıq qoymadığını qeyd edən sənətçinin, heç bilirsiniz hansı arzuları var? "Hələ mən əməkdar, xalq artisti, Şöhrət ordenli olmaq istəyirəm. Həqiqi sözümdür, zarafat kimi səslənməsin. Əgər sadaladıqlarımı istəyirəmsə, deməli, çox çalışmalıyam. Ona görə də irəlidə böyük layihələrim var. Əminəm ki, bu işdə pərəstişkarlarım da öz dəstəklərini məndən əsirgəməyəcəklər. Çünki, birzlərə stimul verən tamaşaçı sevgisidir"-deyən müğənni, əməkdar artist Faiq Ağayevlə olan soyuq münasibətinə də aydınlıq gətirdi. Qeyd edək ki, mobil telefonlarda Nadirin Faiqin ünvanına söylədiyi xoşagəlməz geniş nitqi, video-görüntülər vasitəsi ilə yayılır. Düzdür, bunu gözlərimizlə görməsək də, belə bir görüntülərin yayılıb-yayılmamasını Nadirin özündən xəbər aldıq: " Görüntülərdən xəbərim olmasa da, sevinirəm. Çünki, əgər demişəmsə, ola bilsin, kimlərsə bunu kənardan çəkib. Əslində, barışığımız "müharibəyə" son qoyulması üçün atılmış bir addım idi. İstəyirəm hamı bilsin ki, mən Faiq Ağayevdən yox, onu valideynindən-anasından üzr istəmişəm. Faiqin özündən üzr istəməmişəm, heç fikrim də yoxdur. Mənim qürurum var, vüqarlı oğlana, əyilə bilmirəm. Amma görüşəndə salam verəcəm. Ona görə ki, Allahın adıdır salam. Alsa da sağ olsun, almasa da".

Xəbər lenti

Xəbər lenti