...

Bakı-2016 Ərizə Komitəsi BOK-nin seminarında iştirak edəcək

Cəmiyyət Materials 29 Sentyabr 2007 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Bakıda 2016- Oyunlarının keçiriləmsi üzrə Ərizə Təşkilat Komitəsi oktyabrın 15-də Beynəlxalq Olimpiya Komitəsinin (BOK) himayəsi altında Lozanna şəhərində keçiriləcək xüsusi seminarda iştirak edəcək.

Trend in verdiyi məlumatı görə, məhz orada bütün məsələlərin detalları müzakirə olunacaq. Bununla belə, hər iddiaçı tədbirə şəhərin İcra hakimiyyəti, həmçinin, MOK və İdman Nazirliyinin nümayəndələrini göndərəcək. Şubhəsiz ki, orada hər bir namizədin alacağı xüsusi sual da elan olunacaq.

2016 - Oyunlarına yeddi iddiaçı-- Praqa, Madrid, Rio-de-Janeyro, Tokio, Çikaqo, Bakı və Doha. Bu mübarizənin son anına qədər Meksika Monterreyi də qoşulmaq qərarına gəldi. Lakin xahiş nəticəsində ölkənin Milli Olimpiya Komitəsi planını dəyişdirməli olub və öz namizədliyini 2020 - Oyunlarına planlaşdırıb.

Xəbər lenti

Xəbər lenti