...

Azərbaycanın baş prokuroru həftənin sonu işə çıxacaq (video)

Cəmiyyət Materials 1 Oktyabr 2007 11:16 (UTC +04:00)
Azərbaycanın baş prokuroru həftənin sonu işə çıxacaq (video)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Baş prokuror Zakir Qaralov həftənin sonu işə çıxacaq. Bunu baş prokurorun müavini Rüstəm Usubov 1 oktyabr Prokurorluq orqanlarının yaradılmasının 89-cu ildönümü münasibətilə keçirilən tədbirdə jurnalistlərə verdiyi açıqlamada deyib.

Usubov bildirib ki, Qaralovun səhhəti normaldır və o, özünü yaxşı hiss edir.

Usubov bildirib ki, baş prokuror sentyabrın 17-dən qısamüddətli məzunuyyətdədir və məzuniyyətini xaricdə keçirir.

Baş prokuror sentyabrın 13-də qan təzyiqinin qalxması ilə əlaqədar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib, 2 gün müalicə alandan sonra sentyabrın 15-də xəstəxanadan buraxılıb.

Sentyabrın 17-də isə Qaralov qısamüddətli məzuniyyətə çıxıb.

Xəbər lenti

Xəbər lenti