...

Müğənni Gülyanaq Məmmədovanın ailəsi dağılıb?

Cəmiyyət Materials 3 Oktyabr 2007 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 oktyabr/müx. "TrendLife" Şahin Cavadsoy/ Son vaxtlar əməkdar artist Gülyanaq Məmmədovadan heç bir səs-səmir gəlməməsi şəhərdə müxtəlif söz-söhbətlərin yayılmasına zəmin yaradıb. Yayılan xəbərlərə görə, həyat yoldaşından ayrılması onu qızı ilə birgə doğulub boya-baş çatdığı Şəki şəhərinə qayıtmağa və müvəqqəti olaraq yaşamağa vadar edib. Amma Gülyanaq xanımla əlaqə saxlayanda bütün bunların yalan olduğuna özümüz şahid olduq. "Nə cür arzulamışdımsa, elə bir insana da rast gəldim: məni başa düşən və sevən, ailəcanlı, sənətimə hörmətlə yanaşan. Düzdür, müəyyən çətinliklər var. Ancaq iki insan bir-birini başa düşəndə hər çətinlik arxada qalır. Məhz Ziyanın həyat yoldaşım olmasıyla fəxr edirəm. O, həm həyatda, həm də sənətdə köməyimə çatan ən yaxın dostumdur. Görürsüz ki, bir yerdəyik. Vallah, özümüzə də min cür xəbərlər çatdırırlar ki, boşanmışıq, iş artıq məhkəmədədir. Lakin belə arzuda olanların bu istəkləri gözlərində qalacaq. Mən ailəmi heç nəyə dəyişmərəm!"- deyə müğənni bildirdi.

"TrendLife"ın "Niyə gündəmdən uzaq düşmüsünüz?" sualına isə xanım Məmmədovanın cavabı belə oldu: "Düzdür, qız övladımı dünyaya gətirəndən sonra bir az sənətdən uzaq düşmüşəm. Bu qayğılar olan zaman anlayiram ki, bir ana kimi çətinlik çəkirəm. Hər halda inanıram ki, yoldaşım mənə yenə kömək edəcək. Düzdür, öz işlərini də görür. Ancaq imkan daxilində mənə də çox vaxt ayırır. Tədbirlərə aparıb-gətirir. Yəqin Ziyanın dəstəyinə güvənib, çox qısa müddətdə təkrarən fəal yaradıcılığa start verərəm".

Xəbər lenti

Xəbər lenti