...

Moskvada baş verən yanğın zamanı azərbaycanlıların xəsarət alması ilə bağlı məlumatlar yoxdur

Cəmiyyət Materials 3 Oktyabr 2007 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir A.Qasımova/ Moskvanın Dövlət və Korporativ İdarəetmə İnstitutunda baş verən yanğın zamanı ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması barədə məlumatlar yoxdur. "Hazırda bizdə yanğın zamanı ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı məlumat yoxdur" - deyə telefonla Trend ə Moskvadan baş verən yanğınla əlaqədar olaraq yaradılan "qaynar xətt"in növbətçisi məlumat verib.

Oktyabrın 2-də, çərşənbə axşamı Moskvanın Dövlət və Korporativ İdarəetmə İnstitutunun binalarından birində yanğın baş verib. Yanğın zamanı binada 160 nəfər olub, bu şəxslərin 150-si tələbə olub. Yanğın kateqoriyasına görə ən ağır yanğın kimi qiymətləndirilir. Son məlumatlara görə, yanğın nəticəsində həlak olanların sayı 9, xəsarət alanların sayı isə 50 nəfər təşkil edir.

Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, yanğının qurbanları arasında Azərbaycan vətəndaşlarının olması barədə məlumatı təkzib və ya təsdiq etmək hələ mümkün deyil.

Mətbuat xidmətindən verilən məlumata görə, səfirlik bu məsələ ilə bağlı institutla əlaqə saxlayır.

Xəbər lenti

Xəbər lenti