...

Azərbaycan Kamera Orkestri Fransada konsert verəcək

Cəmiyyət Materials 10 Oktyabr 2007 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr /müx. "TrendLife" Eldar Hüseynzadə/

Azərbaycan Dövlət Kamera Orkestri Parisə səfər edəcək. "TrendLife"ın verdiyi məlumata görə, kollektiv noyabrın 23-dən 27-nə kimi baş kilsə sayılan Müqəddəs Maqdalena kilsəsində konsert verəcək. Orkestrlə yanaşı həmçinin bir neçə solist də səfər edəcək. Onlar arasında tanınmış pianoçu Murad Adıgözəlzadə, tarzən Mustafa Aşurov, alt ifaçısı Rəna Rəhimova, skripkaçı Dilarə Mehdiyeva və başqaları var. Konsertdə Qara Qarayevin, Debüssinin, Tofiq Quliyevin və başqalarının əsərləri səslənəcək. Onu da qeyd edək ki, bu tədbir Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti