...

"Space" telekanalında yeni layihə

Cəmiyyət Materials 11 Oktyabr 2007 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 oktyabr /müx. "TrendLife" Vüqar Vüqarlı/ Bu gün "Space" telekanalında "8-104" adlı yeni veriliş işıq üzü görəcək. Veriliş efirdə canlı yayımlanacaq. Tamaşaçılar məhz "8-104" nömrəsinə sms göndərməklə özlərinin musiqi istəklərini dinləmə şansı qazanacaqlar. "TrendLife"da olan məlumata görə, verilişin aparıcısı Nəsib Nur olacaq. Və Nəsib Nurun verdiyi məlumata görə, layihədə qonaq qismində kimin olmasını də tamaşaçı özü seçəcək. Hansı ifaçı çox sms toplasa, ertəsi gün canlı efirdə qonaq olacaq. Bundan başqa, bir saat ərzində verilişin aparıcısı radio "Space"lə əlaqə yaradıb, radioya qulaq asan tamaşaçıların musiqi zövqlərini öyrənməyə çalışacaq. "Tamaşaçılar və radio dinləyiciləri nəinki bizə arzu-istəklərini bildirəcəklər, həmçinin öz problemləri ilə də bölüşmək imkanı qazanacaqlar" - deyə Nəsib Nur bizi məlumatlandırdı. Onu da qeyd edək ki, veriliş bazar günündən cümə gününə kimi hər gün saat 16:00-dan 17:00-a kimi efirdə olacaq.

Xəbər lenti

Xəbər lenti