...

Konstitusiya Məhkəməsinə əsasən məhkəmə qərarlarından şikayət

Cəmiyyət Materials 11 Oktyabr 2007 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K. Zərbalıyeva/ Konstitusiya Məhkəməsinə vətəndaşlardan daxil olan fərdi şikayətlərin böyük əksəriyyəti məhkəmə aktlarındandır. Konstitusiya Məhkəməsindən cümə axşamı Trend ə verilən məlumata görə, bu il oktyabrın 11-dək bu quruma 1354 fərdi şikayət daxil olub ki, bunun da 341-i məhkəmə aktlarındandır.

Məhkəmə aktlarından edilən şikayətlərin 7-si icraata qəbul edilib. Onlardan 5-i barədə Konstitusiya Məhkəməsi müvafiq qərar qəbul edib.

279 fərdi şikayət üzrə icraata qəbul edilməməzlik barədə qərardad çıxarılıb. 55 şikayət hazırda KM-nin Palatalarında öyrənilir.

1013 şikayət, KM-nin səlahiyyətinə aid olmadığı üçün, aidiyyatı orqanlara göndərilib.

Xəbər lenti

Xəbər lenti