...

Ölkə prezidenti İlham Əliyev İrəvan teatrını mükafatlandırdı

Cəmiyyət Materials 16 Oktyabr 2007 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr \müx. TrendLife Eldar Hüseynzadə/

Bu gün Musiqili Komediya teatrının səhnəsində İrəvan teatrınn 125 illiyi qeyd olunacaq. TrendLife-ın verdiyi məlumata görə, bu tədbir prezident İlham Əliyevin göstərişi ilə keçiriləcək. Bu gün prezident İrəvan teatrının işçilərini mükafatlandırıb. Bu haqda TrendLife-a Mədəniyət və Turizm nazirliyindən məlumat verilib. Tamilla Abdullayeva, Elmira İsmayılova, Süleyman Nəcəfov- "Xalq artisti", Dilarə Əliyeva, Tünzalə Əliyeva, Vaqif Kərimov "Əməkdar artist" fəxri adına layiq görülüblər. Teatrın direktoru İftixar Piriyev "Əməkdar mədəniyyət işçisi" adını alıb. Bu gün İrəvan teatrını başqa teatrlar da təbrik edəcəklər.

Xəbər lenti

Xəbər lenti