...

Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri

Cəmiyyət Materials 17 Oktyabr 2007 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr /müx. TrendLife Eldar Hüseynzadə/

Bu gün Azərbaycanda Tacikistanın Mədəniyyəti Günləri başlayacaq. Bununla əlaqədar dünən Bakıya 90 nəfərlik nümayəndə heyəti gəlib. TrendLife-ın verdiyi məlumata görə, bu gün səhər Tacikistanın mədəniyyət naziri Asrori Mirzoşoxru, həmçinin, Tacikistanın prezident aparatının mədəniyyət şöbəsinin müdiri və nümayəndələr Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı üstünə əklil qoyublar. Tacikistanın Mədəniyyəti Günləri Azərbaycanın rayonlarında da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti