...

Azərbaycanın ovçuluq təssərrüfatlarında beynəlxalq standartlar tətbiq olunacaq

Cəmiyyət Materials 23 Oktyabr 2007 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Ovçuluq sahəsində mövcud olan beynəlxalq standartlar Azərbaycanda da tətbiq olunacaq, çərşənbə axşamı jurnalistlərə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.

Oktyabrın 23-də "Safari" Beynəlxlaq Ovçular Klubunun prezidenti Denis Andersonun Azərbaycana səfəri başlayıb. Səfər çərçivəsində Azərbaycanda ovçuluq təsərrüfatının vəziyyəti, inkişaf perspektivləri müzakirə olunacaq.

Bağırovun sözlərinə görə, Andersona Azərbaycana ilk səfəri çərçivəsində ölkənin ovçuluq sistemi ilə tanış olacaq. Ovçuluğun ətraf mühitə dəyən ziyanın qarşısının alınması məsələləri müzakirə ediləcək. Azərbaycanda ovçular təssərrüfatlarının inkişafı müzakirə predmeti olacaq.

Nazir deyib ki, Azərbaycanda quşların ovuna qadağa gələn il də qüvvəsində qalacaq.

Anderson jurnalistlərə açıqlamasında səfərinin məqsədinin qurumun Azərbaycanla əlaqəsini yaratmaq olduğunu deyib.

Xəbər lenti

Xəbər lenti