...

Sumqayıtda idxalına və ölkədə nəşrinə razılıq verilməyən dini təyinatlı kitablar aşkarlanıb

Cəmiyyət Materials 23 Oktyabr 2007 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Sumqayıt şəhərində idxalına və ölkədə nəşrinə razılıq verilməyən dini təyinatlı kitablar aşkarlanıb, çərşənbə axşamı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Sumqayıt şəhər Polis İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları oktyabrın 22-də şəhərin 2-ci mikrorayonunda yerləşən "Əhli-Beyt", "Müslim-Şop" və 10-cu mikrorayonda fəaliyyət göstərən "Əhli-Beyt" mağazalarında satılan, idxalına və ölkədə nəşrinə razılıq verilməyən 258 müxtəlif dini təyinatlı ədəbiyyətlar götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti