...

Tarif Şurasındakı vakant yerlərə imtahan verən namizədlər ikinci mərhələyə keçə bilməyiblər

Cəmiyyət Materials 23 Oktyabr 2007 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K. Zərbalıyeva/ 25 dövlət orqanında 383 vakant dövlət qulluğu vəzifəsinə qəbulla bağlı keçirilən imtahanlarda 270 namizəd ikinci mərhələdə iştirak etmək hüququ qazanıb.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan verilən məlumata görə, imtahanlarda iştirak etmək üçün sənəd vermiş 1853 namizəddən 1700-ü imtahanlarda iştirak edib.

İmtahanda 80-dən yuxarı bal toplayan namizədlər söhbət mərhələsinə buraxılıblar.

İmtahanın nəticələrinə görə, Dövlət Miqrasiya Xidmətindəki 27 vakant yerə sənəd vermiş 356 namizəddən 70-i, Gənclər və İdman Nazirliyindəki 22 vakant yerə sənəd vermiş 193 namizəddən 20-i, Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki 30 vakant yerə sənəd vermiş 186 namizəddən 30-u, İqtisadi İnkişaf Nazirliyindəki 34 vakant yerə sənəd vermiş 249 namizəddən 28-i, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindəki 13 vakant yerə sənəd vermiş 121 namizəddən 24-ü müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb. Tarif (qiymət) Şurasının Katibliyindəki 4 vakant yerə 4 namizəd sənəd versə də, heç kim müsabiqə şərtini ödəməyib.

Kənd Təsərrüfatı Nazirliyindəki 8 vakant yerə sənəd vermiş 16 namizəddən biri, Təhsil Nazirliyindəki 20 vakant yerə sənəd vermiş 37 namizəddən 3-ü müsabiqə şərtini ödəyərək, söhbətə buraxılıb.

Xəbər lenti

Xəbər lenti