...

"AzerReyl" voleybol klubu Çempionlar liqası-2008/09-da çıxış etməyə bilər

Cəmiyyət Materials 25 Oktyabr 2007 10:45 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir Z.Səfərov/ Azərbaycanın qadınlardan ibarət "AzerReyl" volleybol klubu gələn il Çempionlar liqası oyunlarında iştirak etməyə bilər.

Trend in verdiyi məlumata görə, yarışa daha çox klub reytinqinə malik olan ölkələrin nümayəndələri qatılacaq. Lakin "AzerReyl"də bu komponent son zamanlar çatışmır. Əgər komanda pley-offa erkən daxil olsaydı, indi o maksimum olaraq birinci qrup mərhələsinin astanasında olardı.

Həmçinin neqativ hal ondan ibarətdir ki, "AzərReyl" Azərbaycan üçün reytinq xallarını faktiki olaraq tək qazanır. Çünki digər komandalar Avropada uğursuz çıxış edir. Məhz bu səbəbdən Avropa Voleybol Kofederasiyası (CEV) dəmir yolçuların bu xidmətini nəzərə alaraq Liqa öncəsi oyunlarda iştirak üçün onlara şans verib. Lakin növbəti dəfə bu məsələ üzərində dayanılmayacaq.

Xəbər lenti

Xəbər lenti