...

Azərbaycan İrəvan Teatrı Xırdalana gedəcək

Cəmiyyət Materials 25 Oktyabr 2007 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 oktyabr /müx. TrendLife Eldar Hüseynzadə/

Azərbaycan Dövlət İrəvan teatrı Xırdalanda bir həftə ərzində tamaşalarını nümayiş etdirəcək. Bu haqda TrendLife-a teatrın direktoru İftixar Piriyev xəbər verib. Bu günlər ərzində Xırdalan tamaşaçıları "Analar nə etsin?" (rejissor Loğman Kərimov), "Əsgər anası" (rejissor Bəhram Osmanov), "Hələ subayları görəcəksiniz" (rejissor Firudin Məhərrəmli), "Poçt işçisinin arzusu" (rejissor Firudin Məhərrəmli), "Anar və Təhminə" (rejissor Firudin Məhərrəmli) tamaşalarına Baxa biləcəklər. Xırdalana İrəvan teatrının getməsi təsadüf deyil. Teatr 80-ci illərdən 90-cı illərin ortalarına kimi orda tamaşalar göstərib.

Xəbər lenti

Xəbər lenti