...

Azərbaycan müğənnisi Nazənin: "Qoy mənim ailəm digər həmkarlarıma örnək olsun"

Cəmiyyət Materials 26 Oktyabr 2007 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 oktyabr/müx. TrendLife Şahin Cavadsoy

Müğənnilərin ailədaxili problemlərinin olması heç kimə sirr deyil. Xüsusi ilə bu problem xanım sənətçilər arasında "epidemiya" kimi yayılıb. Yalanadan efirə çıxıb, "mən ailəliləyəm, həyat yoldaşımın sayəsində bütün sirləri fəth edirəm"-açıqlamalarına, artıq tamaşaçılar da inanmır. Amma sadaladığımız fikirlərin müğənni Nazəninlə heç bir bağlılığı yoxdur. Çünki, istər pərəstişkarlar, istərsə də həmkarları çox gözəl bilirlər ki, Nazənin səhnəyə gəldiyi ilk gündən həyat yoldaşının ciddi nəzarəti altındadır. Çoxdan səs-səmiri eşidilməyən müğənni ilə bu barədə söhbət etdik: "Müğənnilərin, xüsusilə də xanım sənətçilərin şəxsi həyatlarına bu cür kəskin şəkildə müdaxilələrin tərəfdarı deyiləm. Adından da məlum olduğu kimi? bu özəl məsələlərdir. Söhbət mənim ailəmdən gedirsə, bu heç kimə sirr deyil ki, mikrofonu əlimə götürdüyüm ilk vaxtlardan həyat yoldaşımının nəzər-diqqəti, sözün yaxşı mənasında, mənim üzərimdədir. Bu, hardasa, mənə stimul da verir. Həm də o mənə çox inanır. Bilirsiz ki, kişi qeyrətli xanımam. Ümumiyyətlə, belə xarakterə malik olmağımı şir bürcündən olmağımla əlaqələndirənlər də çoxdur". Hazırda prodüser kimi, tanınmış jurnalist Afət Rahilqızı ilə birgə işlədiyini gizlətməyən Nazənin, xanım həmkarlarına da mesaj göndərməyi də unutmadı: "Qoy mənim ailəm digər həmkarlarıma örnək olsun. Onlar da ən azından mənə baxıb, öz ailələrinin qədrini bilsinlər. Çünki, fərqi yoxdur, bütün xanımlar üçün hər şeydən öncə, onun gözəl ailəsinin olması vacibdir. Əminəm ki, bu dediklərimdən kimlərsə nəticə çıxaracaqlar".

Xəbər lenti

Xəbər lenti