Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağıqov İsrailə səfər edib, bazar ertəsi nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən İradə İbrahimova bildirib. Onun sözlərinə görə, nazir səfər çərçivəsində, Təl-Əvivdə oktyabrın 30-31-də keçiriləcək "Su texnologiyaları və ekoloji nəzarət" adlı konfransda iştirak edəcək.
İsrailin Azərbaycandakı səfiri Artur Lenk Trend ə bildirib ki, toplantıda İsrailin baş naziri və prezidenti də iştirak edəcək. Səfirin sözlərinə görə, nazirin səfəri çərçivəsində, İsrail və Azərbaycan arasında su təchizatı və ətraf mühitin qorunmasına dair ikitərəfli razılaşmalar müzakirə olunacaq.