...

"Azəri star+" iştirakçılarından olan Elmir Qəhrəmanov müsabiqədən uzaqlaşdırıldı

Cəmiyyət Materials 6 Noyabr 2007 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 noyabr /müx. TrendLife Şahin Cavadsoy/

Rəşid Behbudov adına Mahnı teatrında "Azəri star+" müsabiqəsi davam edir. Həmişə olduğu kimi, bu dəfə də TrendLife iştirakçıların pərdə arxası məqamlarını sizlərin nəzərinə çatdırır.

Xəbəriniz olsun ki, ötən həftə tamaşaçıların göndərdiyi səslərlə müsabiqədə qalan Elmir Qəhrəmanov, bu dəfə layihə rəhbəri Kemal Cenkin xəbərdarlığı ilə "Azəri star+"dan uzaqlaşdırıldı. Cenk bəy bunlara canlı efirdən aydınlıq gətirsə də, TrendLife-a heç kimin bilmədiyi məqamları danışdı. "Elmir çox istedadlı gənclərdəndir. Amma qayda-qanuna əməl etmir. Dəfələrlə mən ona müsabiqənin şərtlərinə əməl etməsi barədə xəbərdarlıq etmişəm. Canlı efirdən iki saat öncə iştirakçılar Mahnı teatrına toplaşırlar. Elmir Qəhrəmanov isə hər dəfə bu qayda-qanunu pozaraq, efirə gecikir. Bu dəfə mənim qərarım qətidir. O, müsabiqəni tərk etməlidir."

Əziz oxucularımız, yaxın günlərdə qarşı tərəf kimi Elmir Qəhrəmanovun da fikirlərini sizlərlə təqdim edəcəyik.

Xəbər lenti

Xəbər lenti