...

"Show Time" efirdə əsl şou göstərə bildimi?

Cəmiyyət Materials 6 Noyabr 2007 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 noyabr /müx. TrendLife Fəridə Məhərrəmqızı/

Dünən "Ratio TV"nin təşkilatçılığı ilə "Lider" telekanalında "Show Time" adlı yeni bir layihə başlandı.

Layihənin məqsədi istedadlı yeniyetmələri üzə çıxarmaqdır. Bunun üçün "Show Time"da dörd prodüser-Anar Mədətov, Tolik, Asif Kərimov və Namiq Qafarov ayrı-ayrı komanda kimi rəqabət aparmalıdırlar. Lakin "Show Time"ın elə ilk buraxılışında xoşagəlməz olaylar yaşandı. Dünənki canlı yayımda hər bir prodüserin komandası fonoqram mahnı ifa etdi. Halbuki, tamaşaçılar birbaşa yayımlanan verilişdə canlı ifalar gözləyirdilər.

Uğursuzluq əvvəl Tolikin komandasını yaxaladı. Belə ki, onun komandasının üzvü Səbirə Rəhimova səhnəyə çıxan kimi fonoqram kəsildi. Gözlənilməz hadisə Toliki çaşdırsa da, müsabiqənin aparıcısını vəziyyətdən çıxmaq üçün "bu da bir şoudur"-deyə yalanı tamaşaçılara sırımağa cəhd göstərdi. Daha sonra hirsini gizlətməyə çalışa bilməyən Tolik acığını təşkilatçılara yönəltdi: "Mən də sizi biabır edəcəyəm. Bu, mənim komandama qarşı planlaşdırılmış təxribatdır. Fonoqramı bilərəkdən kəsdiniz". Tolikin komandasından fərqli olaraq, Namiq Qafarovun yetirmələri belə bir biabrçılıqla üzləşmədilər. Amma onlar da yaddaqalan çıxış göstərə bilmədilər.

Anar Mədətovun komandasının ifası isə, yaxşı mənada nisbətən fərqləndi. Bu komandanın üzvlərindən biri "Tin uşaqları" ilə, digəri isə, müğənni Röya ilə duet oxudu. Sonda Asif Kərimovun "uşaqları" səhnədə öz məharətlərini göstərdilər.

Nəzərinizə çatdıraq ki, artıq iştirakçıların SMS nömrələri aktivdir və onlara səs göndərməklə, cümə günü günü kimin layihədən gedib, kimin qalmasını müəyyənləşdirmək olar.

Oxucularımıza onu da xatırladaq ki, TrendLife "Show time" da mübarizə aparacaq iştirakçılarla bağlı maraqlı məqamları operativ olaraq sizlərə təqdim edəcək. Çünki TrendLife layihəyə informasiya dəstəyi göstərir.

Xəbər lenti

Xəbər lenti