...

"8-104"ün qonağı olmuş Röya: "Svarovski daşları ilə bəzədilmiş disk buraxdırıram"

Cəmiyyət Materials 8 Noyabr 2007 11:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 noyabr /müx. TrendLife Fəridə Məhərrəmqızı/ Artıq bütün TrendLife oxucularına məlumdur ki, "Space"də yayımlanan "8-104" verilişini izləyə bilməsələr, orada baş verənlər barədə saytımızın səhifələrindən xəbər tuta bilərlər. Beləliklə, verilişin dünənki qonağı populyar mahnılarına görə gənclərin sevimlisinə çevrilən müğənni Röya idi. Proqramın əvvəlində Röya tamaşaçılara öz mahnı payını ərməğan etdi. Qeyd etmək lazımdır ki, canlı efirə daxil olan bütün telefon zəngləri və SMS-lərdə Röya təriflənirdi. Bu tərif yağışından başı gicəllənməyən müğənni yaradıcılığını eyni templə bundan sonra da davam etdirəcəyini vəd etdi. Müğənninin sözlərinə görə, dekabr ayında Əl Oyunları İdman Sarayında solo konsert verməyə hazırlaşır. "Bundan başqa, mən yeddi mahnıdan ibarət disk buraxacam. Disk svarovski daşları ilə bəzədiləcək. Bunu ona görə edirəm ki, piratlar daha mahnı oğurluğu edə bilməsinlər" - deyə Röya bildirdi. Tamaşaçıların "Röya özünün ulduz olmasına şübhə ilə yanaşır?" sualını isə müğənni "Mən yalnız qocalanda ulduz olacam" - deyə cavablandırdı. Verilişin sonunda aparıcı Nəsib Nur "8-104"ün sabahkı qonağının gənc müğənni Zamiq olacağını söylədi.

Xəbər lenti

Xəbər lenti