...

Məhkəmə "Müxalifət" qəzetinin baş redaktoru və əməkdaşına qarşı xüsusi ittiham qaydasında şikayəti rədd edib

Cəmiyyət Materials 8 Noyabr 2007 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbaliyeva/ Bakının Yasamal rayon məhkəməsi "Müxalifət" qəzetinin baş redaktoru və əməkdaşına qarşı xüsusi ittiham qaydasında şikayəti rədd edib.

Cümə axşamı İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) müxbiri Əminə Rəhimovanın "Müxalifət" qəzetinin hazırda həbsdə olan baş redaktoru Rövşən Kəbirliylə və əməkdaşı Yaşar Ağazadə, eləcə də "Kriminal aləm" qəzetinin təsisçisi Mehralı İsgəndəroğlu və qəzetin baş redaktoru İlqar Vəliyevə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə qərar çıxarılıb.

İddiaçı Rəhimova cinayət işi üzrə qaldırdığı iddiada cavabdeh jurnalistlərin Cinayət Məcəlləsinin böhtan (147.1) maddəsi ilə cəzalandırılmasını, mülki iddiasında isə, "Kriminal aləm", "Müxalifət" və "Mühakimə" qəzetlərinin hər birinin 50 min, Vəliyevin 30 min, Kəbirlinin 20 min manat təzminat verməsini tələb edirdi.

Məhkəmədən cümə axşamı Trend ə bildirilib ki, məhkəmənin qərarı ilə Mehbalı İsgəndəroğlu bir il müddətinə islah işlərinə məhkum olunub. İlqar Vəliyev 165 manat məbləğində cərimələnib.

Kəbirli və Ağazədə bu ilin mayında akademik Cəlal Əliyevin iddiası əsasında 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Xəbər lenti

Xəbər lenti