...

Mədəniyyət və Turizm Nazirliyi müsabiqə elan edib

Cəmiyyət Materials 9 Noyabr 2007 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 noyabr /müx. TrendLife Eldar Hüseynzadə/

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi bu gün "Verşina" adlı müsabiqə elan edib. Bu barədə TrendLife-a nazirliyin mətbuat katibi İntiqam Hümbətov məlumat verib. Onun sözlərinə görə, bu müsabiqə mədəniyyətin bir neçə sahəsi--musiqi, kinomatoqraf, memarlıq, bədii incəsənət üzrə keçiriləcək. Yaşından asılı olmayaraq, hər kəs müsabiqədə iştirak edə bilər. Mədəniyyətin hər sahəsi üzrə qalib olana 500 manat mükafat veriləcək. İşlər noyabrın 30-dan başlayaraq qəbul olunacaq. Qeyd edək ki, "Verşina" müsabiqəsi hər il keçiriləcək.

Xəbər lenti

Xəbər lenti