...

Müğənni Elnur "Bilmirəm" deməsinə peşman olmadı

Cəmiyyət Materials 16 Noyabr 2007 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 noyabr/müx. TrendLife Şahin Cavadsoy/

Peşəkar "ulduz kəsən" titulunu kimsə ilə paylaşmayan bəstəkar-prodüser Vaqif Gərayzadənin tələbləri arasında yaradıcılıq fəallığı artır. Bu sözləri musiqiçinin layiqli tələbələrindən olmuş "Şeron" qrupunun ilk solistlərindən biri- müğənni Elnur Məmmədova şamil etmək olar. Sənətə olan hədsiz sevgisini hər müsahibəsində təsdiqləyən Elnurla bu dəfə çəkiliş meydançasında rastlaşdıq. Rejissor Zöhrab Ağayevin ekran həyatı verdiyi "Bilmirəm" mahnısının sözləri Leyli xanıma, musiqisi Aynur Adilqızına adidir. Qeyd edək ki, klip çəkilişində baş verənləri eksklüziv olaraq TrendLife-ın əməkdaşları işıqlandırıb. Əsas çəkilişləri paytaxtın mərkəzi küçələrində, eləcə də, mağaza və klinikaların birində aparılan klipin baş qəhrəmanının obrazını da Elnur canlandıracaq. Düzdür, Ağayev hər vəchlə ekran əsərinin süjet xətti barəsində məlumat vermək istəməsə də, təfərrüatı yenə də rejissordan öyrəndik:

"Elnur ailəli ola-ola başqasını sevir. Həyat yoldaşı bundan xəbərsizdir. Həyat yoldaşı və övladıyla alış-verişə çıxan mehriban ailə başçısının qarşısına sevdiyi xanım çıxır. Hər şey də bundan sonra başlayır. Seçim arasında qalan Elnur, əzablı günlər yaşasa da ,sonda ailəsini üstün tutur".

Klipə çəkilən maliyyə vəsaitinin Elnurun iki klipinə öz cazibədarlığı ilə rəng qatan model Günay Zeynalovanın ödədiyini söyləyən rejissor Zöhrab, buna görə gözəl xanımın 3500 manatdan keçdiyini də dilə gətirdi. Elnurun "sevgilisi" rolunda da Günay xanım çəkilib amma obraz ürəyincə deyil. Elnur da bunu təsdiqlədi:

""Dəryanur production" nın rəhbəri Zöhrab Ağayev başda olmaqla, bütün yaradıcı heyətə təşəkkürümü bildirirəm. Çəkdikləri əziyyətləri halal etsinlər. Sözsüz ki, bütün zəhmətimizə ən doğru qiyməti tamaşaçılar verəcək".

Qeyd edək ki, klipdə digər tanımış model Adelya Hüseynova Elnurun həyat yoldaşı obrazında çıxış edir.

"Bilmirəm"in yaxın günlərdə yerli tele-kanallarda nümayişi gözlənilir. Elnur sevərlərin gözdə-qulaqda olmaları məsləhətdir.

Xəbər lenti

Xəbər lenti